Azərbaycanlı kapitandan təhdid:"İstanbul boğazını bağlayacağıq"

13-03-2019, 00:00           
Azərbaycanlı kapitandan təhdid:"İstanbul boğazını bağlayacağıq"
İstanbulda həbs edilən və göyərtəsində rusiyalı dənizçilər olan “Strimlayn” gəmisinin azərbaycanlı kapitanı Bəhmən Bağırov İstanbul boğazını bağlayacağı ilə hədələyir.

Bu barədə REN TV məlumat yayıb.

Kapitan “Akça Şippinq”in 10 aydan çoxdur ki, dənizçilərə maaş verməməsi səbəbindən belə addım atacağını bildirir.

“Dünən İstanbul limanının cənubunda dayanmağımızdan 10 ay ötdü. Düz 10 aydır ki maaşsız qalmışıq, iyunun 1-dən ailələrimiz bir qəpik belə almayıb. Əvvəllər bizə heç olmasa, yalandan nəsə deyirdilər, ümid verirdilər”, – deyə Bağırov deyib.

Xatırladaq ki, “Strimlayn” gəmisi İstanbulda 2018-ci ilin iyununda sabiq sahibinin borclarına görə həbs edilib.
axar.şaz












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru