Türkiyə şokda: ABŞ-dan PKK-ya 300 milyonluq yardım

13-03-2019, 08:07           
Türkiyə şokda: ABŞ-dan PKK-ya 300 milyonluq yardım
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) SDG adı ilə fəaliyyət göstərən YPG/PKK terror təşkilatına 300 milyon dollar yardım edib.

Teleqraf.com xəbər verir ki, bu pullar Suriyanın sərhədlərinin mühafizəsi adı altında terror təşkilatına göndərilib.

Qeyd edək ki, ABŞ Konqresi bu gün 2020-ci il üzrə büdcənin detallarını açıqlayıb. Donald Tramp Konqresdən Pentaqon üçün 718,3 milyard dollar vəsait tələb etmişdi.

718,3 milyard dolların 544,5 milyard dolları daxili idarəçiliyə, 173,8 milyard dolları isə müharibə fonduna yönləndiriləcək.

İŞİD-ə qarşı mübarizə məqsədilə İraq və Suriyadakı hərbi təlimlərə 1 milyard 45 milyon dollar ayrılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru