Ankaradan Avropa Parlamentinin “Türkiyə qərarı”na sərt reaksiya

14-03-2019, 07:10           
Ankaradan Avropa Parlamentinin “Türkiyə qərarı”na sərt reaksiya
Hakim Ədalət və İnkişaf Partiyası Avropa Parlamentinin Türkiyə ilə müzakirələrin təxirə salınması haqda qərarına münasibət bildirib. Virtualaz.org-un yerli KİV-ə istinadən məlumatına görə, partiyanın sözçüsü Ömər Çelik bildirib ki, Türkiyə tərəfi qəbul olunan qərarı dəyərsiz, hökmsüz və nüfuzu olmayan bir qərar kimi qiymətləndirir.

Ömər Çelik həmin qərarla Avropa Parlamentinin demokratik inkişafa açıq olan və onu dəstəkləyən qərar verməkdən uzaq olduğunu, dünyaya dar pəncərədən baxdığını bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru