Çində uyğur-türk düşərgələri bağlana bilər

14-03-2019, 13:52           
Çində uyğur-türk düşərgələri bağlana bilər
Çinin Sincan-Uyğur Muxtar rayonunda müsəlmanların kütləvi şəkildə saxlanıldığı, “peşəkar təkmilləşdirmə mərkəzləri” adı altında fəaliyyət göstərən təcridetmə düşərgələri yaxın gələcəkdə bağlana bilər.

Oxu.az-ın xəbərinə görə, belə bir bəyanatla bölgənin başçısı Şöhrət Zakir çıxış edib.

Onun sözlərinə görə, düşərgələrin və orada saxlanılan insanların sayı tədricən azalacaq.

“Cəmiyyətin hazırlıq mərkəzlərinə ehtiyacının qalmadığı gün gəlib çatsa, onlar tədricən yoxa çıxacaq”, - deyə Şöhrət Zakir bildirib.

Zakir müsəlmanlar üçün yaradılan düşərgənin müvəqqəti ölçü olduğunu açıqlayıb. Təcrid edilən şəxslərin sayı barədə dəqiq rəqəmləri açıqlamasa da, ümumilikdə bir milyondan az olduğunu dilə gətirib.

Milyona yaxın uyğurun və digər müsəlman xalqların nümayəndəsinin saxlanıldığı “siyasi yenidən tərbiyə” məqsədilə düşərgələr barədə məlumat böyük rezonans doğurmuşdu.

Pekində qeyd edirlər ki, belə mərkəzlər ektremizmin qarşısını almaq və müsəlmanların faydalı peşə bacarıqlarını mənimsəməsi məqsədi daşıyır. Habelə düşərgədən müəyyən müddətdən sonra buraxılan uyğurlar orada müsəlmanların işgəncələrə məruz qaldığını əmin edir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.