Aİ suriyalı qaçqınlar üçün Türkiyəyə 1,5 milyard avro ödəyəcək

15-03-2019, 00:00           
Aİ suriyalı qaçqınlar üçün Türkiyəyə 1,5 milyard avro ödəyəcək
Avropa İttifaqının ali nümayəndəsi Federaika Mogerini Brüsseldə Aİ və BMT tərəfindən təşkil edilən, “Suriyanın və regionun gələcəyinin dəstəklənməsi” konfransının açılışında çıxış edib. Suriyalı qaçqınların ölkələrinə qayıdışı üçün təhlükəsiz yolların yaradılmasının lazım olduğunu söyləyən Mogerini illərlə suriyalılara sığınacaq vermiş Türkiyə, Livan və İordaniya hökumətlərinə və xalqlarına təşəkkür edib.

Mogerini deyib: “Avropa İttifaqı 2019-cu ildə Suriyadakı böhranla bağlı 560 milyon avro ödəməyi öhdəsinə götürür. Eyni miqdarda pili 2020 və 2021-ci illərdə də ödəmək niyyətindəyik”. Aİ-nin öz öhdəliklərini yerinə yetirmək fikrinin qəti olduğunu bildirən Mogerini deyib: “Türkiyədəki suriyalılar üçün ikinci 3 milyard avroluq ödənişin 1,5 milyardını ödəyəcəyimizi bildirmək istəyirəm”.

Hurriyyet.org












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru