Dövlət Departamentinin rəsmisi:"Biz öz mövqeyimizi Türkiyəyə açıq-aşkar bildirmişik"

3-05-2019, 00:06           
Dövlət Departamentinin rəsmisi:"Biz öz mövqeyimizi Türkiyəyə açıq-aşkar bildirmişik"
Vaşinqton və Ankara Türkiyənin Rusiyadan S-400 zenit-raket komplekslərinin satın alması məsələsini müzakirə edəcək.

Bunu Bakıda jurnalistlərə ABŞ dövlət katibi köməkçisinin Avropa və Avrasiya məsələləri üzrə müavini Corc Kent deyib.

O bildirib ki, Türkiyənin Rusiyadan həmin kompleksləri alması ABŞ rəsmi şəxsləri tərəfindən intensiv müzakirə olunur:

“Biz S-400-ü inteqrasiya olunmuş informasiya sistemlərinə təhlükə kimi görürük. Bizim aparıcı hərbi məmurlarımız bildirib ki, ölkədə eyni anda həm S-400, həm də F-35 ola bilməz. ABŞ öz mövqeyini Türkiyəyə açıq şəkildə bildirib, Türkiyə də öz mövqeyini açıq şəkildə bəyan edib. Biz müttəfiqimiz olan Türkiyə ilə S-400 sistemlərinin yaratdığı problemlərlə bağlı müzakirələri davam etdiririk. Türkiyə bildirib ki, S-400-lərin üçüncü ölkələrə göndərilməsi ssenarisi əsassızdır. Bu çox ciddi məsələdir və Türkiyə ilə ABŞ hələ ki, razılığa gəlməyib. Amma biz müzakirələrə davam edəcəyik”. (Trend)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru