Suriyanın şimalını kürdlərə vermək üçün 37 milyard dollar?

4-05-2019, 00:00           
Suriyanın şimalını kürdlərə vermək üçün 37 milyard dollar?
Türkiyə Böyük Millət Məclisinin (TBMM) Ali Şurasında çıxışı edən İYİ partiyasının üzvü, Kocaeli rayonundan olan Lütfü Türkkan, iqtidarın suriyalıları üstün tutmasını tənqid edərək deyib: “37 milyard dollara Suriyanın şimalının boşalmasına imkan verməklə, orada kukla dövlətin yaradılmasına zəmin hazırladınız”.

Lütfü Türkkan, çərşənbə axşamı günü keçiilən parlament iclasında AKP-nin Suriya siyasətini tənqid edib, suriyalılara külli miqdarda vəsait xərclənməsini, suriyalıların israrla Türkiyədə saxlanmasını və bəzi xidmətlərdə Türkiyə Respublikasının öz vətəndaşlarından üstün tutulmasını qınayıb və deyib: “Siz Romanı işğal edən Xalqlar Köçündə olduğu kimi Türkiyəni üzərində pul xərcləməklə suriyalılara işğal etdirdiniz. Bunu ağlıma belə gətirə bilməzdim, amma 37 milyard dollara Suriyanın şimalının boşalmasına şərait yaradaraq orada bir kukla dövlətin qurulmasına zəmin yaratdınız. Lakin “papaq düşdü, keçəl göründü”. İndi ABŞ-ın ipi ilə Suriya quyusuna enərkən bütün bu baş verənləri hesablamamış kimi davranmağı dayandırın artıq. Türkiyəni xilas eləmək zamanıdır”.

Hurriyyet.org












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.