Türkiyədə daşqın səbəbindən çox sayda ev su altında qalıb 6-07-2019, 07:10 Türkiyənin Kastamonu vilayətindəki leysan yağışlar daşqına səbəb olub.Trend-in məlumatına görə, daşqın bir çox evləri su basıb, yolda hərəkət iflic olub.Hesabata görə, Gökırmak çayının daşması səbəbindən səkkiz baş mal-qaranı su axınları aparıb. Sarımsaq sahələrinə də zərər vurulub.Daşqın səbəbindən dəymiş ziyanın aradan qaldırılması üzrə işlər davam edir. Facebook-da paylaş