“DW Türkçe”: Dövlətin xəzinəsindən müxtəlif fondlara 800 milyon axıdılıb
8-07-2019, 22:10
Türkiyədə Prezident Aparatının Strategiya və Büdcə İdarəsi 2018-ci ilə dair prezidenti R.T.Ərdoğanın imzaladığı bir fəaliyyət hesabatı təqdim edib.
Əvvəlki illərdə Nazirlər Kabineti tərəfindən hazırlanan hesabat prezident üsul-idarəsinə keçildiyi üçün Prezident Aparatı tərəfindən hazırlanıb. Bu səbəbdən hesabata prezidentlik sisteminin ilk altı aylıq dövrü də daxil edilib.
“DW Türkçe” nəşri yazır ki, hesabata görə, dövlətin xəzinəsindən fond və dərnəklərə 818 milyon lirə vəsait transfer edilib.
Lakin “DW Türkçe” nəşri bu dərnək və fondların adı barəsində məlumat verməyib.