Senatorlar Donald Trampı Türkiyəyə qarşı sanksiyalar tətbiq etməyə çağırıblar

13-07-2019, 07:17           
Senatorlar Donald Trampı Türkiyəyə qarşı sanksiyalar tətbiq etməyə çağırıblar
ABŞ senatorlarından ibarət qrup ölkə prezident Donald Trampı Türkiyənin Rusiyadan S-400 zenit-raket komplekslərini idxal etməsi ilə əlaqədar bu ölkəyə qarşı sanksiyalar tətbiq etməyə çağırıblar.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bununla bağlı müraciət ABŞ-ın silahlı qüvvələr üzrə Komitəsinin mətbuat xidməti tərəfindən yayılıb.

"Biz “Amerikanın düşmənlərinə qarşı sanksiyalar vasitəsilə əks təsir” haqqında Qanunun tələb etdiyi kimi prezident Trampı sanksiyalar tətbiq etməyə çağırırıq”, - deyə müraciətdə bildirilir.

Senatorlar həmçinin Türkiyəyə F-35 qırıcılarının ixracı fonunda Pentaqonu Ankaranın F-35 proqramında iştirakını dayandırmağa çağırıblar.

Daha əvvəl Rusiyanın S-400 raketlərinin birinci hissəsinin avadanlıqları Türkiyəyə çatdırılıb. Rusiya Müdafiə NazirliyiS-400 zenit-raket sistemlərinin birinci hissəsini Türkiyəyə çatdırılmasını əks etdirən videogörüntüləri yayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru