Özbəkistan portalı: Ermənistan Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində təbii sərvətləri vəhşicəsinə talayır

29-07-2019, 00:00           
Özbəkistan portalı: Ermənistan Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində təbii sərvətləri vəhşicəsinə talayır
Özbəkistanın interpress.uz portalında Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində təbii ehtiyatların talanması ilə bağlı məqalə yerləşdirilib.

NUHÇIXAN-ın məlumatına görə, yazıda qeyd edilir ki, Ermənistan Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində və digər ərazilərində təbii sərvətləri vəhşicəsinə talayır. “Bu yaxınlarda İngiltərə tədqiqatçısı Harrold Keyn öz yazılarında və kitabında ermənilərin Dağlıq Qarabağdakı qanunsuz fəaliyyətindən bəhs edib. O, bu məsələdə Robert Köçəryanın, Serj Sarkisyanın və başqalarının adını çəkib. Keyn yazır ki, Azərbaycanın işğal edilən ərazilərindən çıxarılan qızılın Dağlıq Qarabağdan daşınması maraq doğurur. Belə ki, deklarasiya edilməyən qızıl gizli yollarla Livana aparılır. Burada qiymətli metallar bazarına nəzarət edən ermənilər tərəfindən Livan qızılı kimi satılır”,-deyə məqalədə vurğulanır.

Yazıda bildirilir ki, əvvəllər bu işdə “Kanada Livan Bankı” da iştirak edib. Sonralar isə “Hizbullah”ın pullarının yuyulmasında adı çəkilən bu bank ABŞ-ın sabiq Prezidenti Barak Obama administrasiyasının təkidi ilə bağlanılıb. Keyn yazır ki, Köçəryan-Sarkisyan cütlüyü Qarabağ qızılı ilə “Hizbullah” terrorçularının güclənməsinə kömək edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru