“Gürcüstanda Mübariz İbrahimovun abidəsi ucaldılmalıdır”

2-08-2019, 15:58           
“Gürcüstanda Mübariz İbrahimovun abidəsi ucaldılmalıdır”
Partiya sədri: "Hakimiyyət hər bir maarifləndirici işimizin qarşısını alır”
"Gürcüstanda Mübariz İbrahimovun abidəsi ucaldılmalıdır”. Bunu "Xalq Cəbhəsi”nə "Gürcüstan Naminə” Partiyasının sədri Fazil Əliyev bildirib.
Partiya sədrinin sözlərinə görə, Keşikçidag (David Garedji) monastr kompleksinin və sərhəd zolağının demilitasiya və demokrasiyası məsələsinin problemə çevrilməsi bir neçə səbəbdən törənib: "Bidzina İvanişvili 2013-cü ildə hakimiyyətə gəldiyi gündən Azərbaycan şirkətlərinə təpki göstərib, onları külli miqdarda vəsaitlə cəzalandırıb. Azərbaycana qarşı soyuq münasiət bəsləyib, Ermənistanla isə isti əlaqələr qurub. Gürcüstanda yaşayan türklərə qarşı aparılan diskriminasiya siyasəti bu məsələni problemə çevriən nsəbəblərdəndir. Bundan başga Cavaxetiya bölgəsində Qarabağda azərbaycanlıları qətlə yetirən teerorçu Abovyana abidə qoyulması da bu məsələnin həllində çox böyük mənfi rol oynayır”.
F.Əliyev qeyd edib ki, Tiflis Abovyanın abidəsini təcili demontaj etməli, ya da ki, Gürcüstan türkləri millətimizin qüruru olan Mübariz İbrahimova Gürcüstanın Kaxetiya bölgəsində Qaracöp mahalında və ya Marneuli rayonu Qizilhacılı kəndində, ya da Bolnisinin Arixli kəndi ərazisində Ermənistana geden yolun kənarında möhtəşm bir heykəl ucaltmalı, orani ziyarətgahımıza çevirməliyik: "Mən yaxın günlərdə rəsmi dövlət orqanları ilə məsləhətləşmələrə başlayaraq Mübariz İbrahimovun şəfərinə abidənin qoyulması üçün imza toplama kampaniyasına başlacam. Mübariz İbrahimovun abidəsi Gürcüstanda ucalmayınsa rahat qala bilmərəm, lazın gələrsə, hər şeyimi satıb bu işə xərcləyəcəm. İnanıram ki, borçalılar bu işdə mənə dayaq olacaqlar”.
Partiya sədri İvanişvili hakimiyyətinin azərbaycanlılara qarşı yürütddüyü siyasəti də pisləyib. Bildirib ki, İvanişvili hakimiyyətindən bizə qarşı diskriminasiya siyasətini dayandırmasını tələb etməliyik: "Biz sayımıza görə, Gürcüstanda ikinci millətik, amma vəzifələrdə belə təmsil olunmuruq, bizə axırncı millət kimi baxırlar, ən mühüm vəzifələrdə ermənilər təmsil olunurlar, Baş nazirin, Parlament sədrinin müavinlərindən biri, Gürcüstan prezidentinin muşavirlərindən biri azərbaycanlı olmalıdır”.
Partiya sədri onu da qeyd edib ki, Gürcüstan türkləri arasında bilərəkdən, şüurlu surətdə narkomaniya və heroin satışı günü- gündən artır: "Statistika üçün deyim ki, Tiflisin Poniçala (Sakanlik) kəndindən bu gün 400-dən çox adam heroinden istifadə və satışı maddələri ilə cəza çəkir. Son 15 il ərzində bu kənddən 2000-dən çox adam analoji maddələrlə həbsdədir, xeylisi də həbsxanada dünyasını dəyişib. Gürcüstan hakimiyyətində maraqlı olan qüvvələr bilərəkdən bu haqqda nə özləri ölçü götürür, nə də bizə imkan verirlər ki, bu biabırçılığın qarşısını alaq. Kənddə maarifləndirmə işləri aparmağımıza belə imkan və şərait yaratmırlar. Hər bir maarifləndirici işimizin qarşısını alırlar. Xalq qorxu və həyacan içində yaşayır”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.