Davudoğluna pis xəbər: Səfəri gizlicə ləğv edildi

3-08-2019, 09:38           
Davudoğluna pis xəbər: Səfəri gizlicə ləğv edildi
Türkiyənin keçmiş baş naziri Əhməd Davudoğlunun Konyaya səfəri ləğv edilib.

Axar.az xəbər verir ki, Davudoğlunun səfərinin hansı səbəbdən ləğv edildiyi barədə məlumat verilməyib. Belə ki, öncədən Davudoğlunun Konyaya gəlişi səbəbilə qarşılanma mərasimi hazırlanıb. Bunun üçün afişalar da paylanıb. Ancaq gözlənilmədən səfərin ləğv edildiyi və gizlicə afişaların yığışdırıldığı bildirilib.

Qeyd edək ki, son vaxtlar Davudoğlunun Əli Babacan və Abdulla Güllə yeni partiya qurmağa hazırlaşması barədə məlumatlar yayılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru