Ərdoğandan şok iddia və proqnoz: "2071-ci ilə qədər..."

5-08-2019, 10:12           
Ərdoğandan şok iddia və proqnoz: "2071-ci ilə qədər..."
Qarşımızda bələdiyyələrdə 5 illik, prezident və parlamentdə 4 illik seçkisiz bir dövr durur. Bu 4-5 illik dönəmin partiyamız və ölkəmiz üçün mühüm əhəmiyyətini başa düşürük.

Teleqraf.com xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Bursadakı vilayət toplantısında deyib.

Prezident qarşıdakı dövrdə AKP-ni yenilənmə və birləşmə halına gətirmək niyyətini ifadə edib: "Atacağımız addımlarla AKP-nin gələcəyini formalaşdıracağıq, eyni zamanda sələflərimizdən aldığımız bu müqəddəs işi 2053 və 2071-ci ilə qədər davam etdirmək üçün insani və institusional dayaq quracağıq".

Ərdoğan əldə olunan naliyyətlərə görə MHP-yə və onun lideri Dövlət Baxçalıya təşəkkür edib, bu partiya ilə əməkdaşlığın davam etdiriləcəyini vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru