Türkiyə Fərat çayının şərqini təmizləməyə hazırlaşdığını bəyan edəndən sonra ABŞ açıqlama verdi: “NARAHATIQ, QƏBULEDİLMƏZDİR”
6-08-2019, 09:54
Türkiyə dövləti Fərat çayının şərqində qurulmuş terror yuvasına qarşı əməliyyat aparmağa hazırlaşır. Bu barədə açıqlamanı Türkiyə prezidenti R.T.Ərdoğan vermişdi. ABŞ Xarici İşlər Nazirliyinin mətbuat katibi Morqan Ortaqus məsələ ilə bağlı Rusiya mətbuatına müsahibəsində deyib: “Suriyanın şimalında aparılması planlaşdırılan birtərəfli hərbi əməliyyatlar, xüsusilə ABŞ hərbçilərinin əməliyyat bölgəsinin yaxınında olması ehtimalı, ABŞ-ın və yerli suriyalı tərəfdaşların İŞİD-ə qarşı əməliyyatlarının davam eləməsi səbəbindən ciddi narahatlıq yaradır”.
Morqan Ortaqus bu cür əməliyyatları qəbuledilməz hesab elədiklərini qeyd edərək, ortaq yanaşmanın bir daha müəyyənləşdirilməsi üçün Türkiyəni ABŞ-la birlikdə çalışmağa çağırdıqlarını bildirib.
"Təhlükəsiz bölgə məşvərətləri davam edir”
Ortaqus ABŞ-ın təhlkəsiz bölgə məsələsində Türkiyə ilə sıx danışıqlar apardıqlarını da bildirib. ABŞ XİN mətbuat katibi deyib: “Bu dialoqun sərhəd bölgəsində təhlükəsizliyi təmin eləməyin yeganə yolu olduğunu düşünürük. Türkiyənin razılaşmasın həyata keçirəcəyi hər hansı bir hərbi əməliyyat bu ortaq mənfəətə zərər verəcəkdir”.