“S-400-ün NATO və F-35-ə zərər verəcəyi ilə bağlı əsaslı sübut yoxdur”

6-08-2019, 17:06           
“S-400-ün NATO və F-35-ə zərər verəcəyi ilə bağlı əsaslı sübut yoxdur”
"Rusiyadan S-400 zenit raket kompleksinin alınması NATO və F-35-ə zərər verəcəyi ilə bağlı hər hansı əsaslı sübut yoxdur”.

APA-nın xəbərinə görə, bunu Türkiyənin Prezidenti Rəcəb Tayyip Ərdoğan ölkəsinin səfirləri ilə görüşdə çıxışı zamanı deyib.

Türkiyənin dövlət başçısı bildirib ki, NATO və Avropa İttifaqının (Aİ) üzvü olan bir sıra dövlətlər Rusiyadan hava hücumundan müdafiə sistemləri alsalar da, Türkiyədən fərqli olaraq, onlarla bağlı hər hansı problem yaranmayıb.

Onun sözlərinə görə, Türkiyə S-400-lə bağlı yaranmış böhranın sakit şəraitdə və dialoq çərçivəsində həlli üçün bütün müvafiq addımları atıb: “Türkiyənin təhlükəsizliyi NATO-nun və bütün bölgənin təhlükəsizliyi deməkdir. ABŞ-dan həqiqi müttəfiqə yaraşan addım atmağı gözləyirik”.

R. T. Ərdoğan Türkiyənin Avropa İttifaqına üzvlüyü məsələsinə də toxunub. Prezident qeyd edib ki, Türkiyənin Avropa İttifaqına üzvlüyü bir neçə ölkənin ehtiraslarının qurbanına çevrilməməlidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru