Qırğızıstanda vətəndaş müharibəsi - Atambayev buna hazırdır/Şərh

8-08-2019, 08:32           
Qırğızıstanda vətəndaş müharibəsi - Atambayev buna hazırdır/Şərh
"Qırğızıstan prezidenti Sooronbay Jeenbekovun eks-prezident Almazbek Atambayevi həbs etmək üçün vaxtı azdır. Birinci cəhd alınmadı, ikinci cəhdə qədər Atambayev daxildə və xaricdə özünə dəstək qrupu formalaşdırmağa çalışacaq. Atambayevin itirəcəyi heç nə qalmayıb, həbsdən yaxa qurtarmaq üçün ölkəsini vətəndaş müharibəsinə də sürükləməyə hazırdır".

Teleqraf.com xəbər verir ki, bu fikirlər siyasi ekspert Elxan Şahinoğluna məxsusdur.

Onun sözlərinə görə, baş verənlərə Kremlin mövqeyi maraqlıdır: "Qırğızıstanın həm hazırki, həm də keçmiş prezidenti Kreml sahibindən dəstək almağa çalışırdılar. Ancaq əgər Atambayevin həbsinə qərar verilibsə böyük ehtimalla Qırğızıstanın hazırki prezidenti rusiyalı həmkarı Vladimir Putinin razılığını alıb. O da bəllidir ki, Putin qarşılıqlı fayda əldə etmədən heç kimlə sövdələşməyə getmir. Sooronbay Jeenbekovun eks-prezident Almazbek Atambayevin həbsi qarşılığında Putinin hansı tələbini və ya şərtini yerinə yetirəcək, bunu gələcək aylarda görəcəyik.

Atambayevin neytrallaşdırması Türkiyənin də maraqlarına cavab verir. Atambayev prezidentliyi dövründə ölkəsini terrorçu FETÖ təşkilatının əsas qalalarından birinə çevirmişdi. Hazırki prezident Atambayevi neytrallaşdırdıqdan sonra Ankaranın istəyi ilə FETÖ-nün adamlarını da həbs etməyə başlayacaq".

Qeyd edək ki, Qırğızıstanın eks-prezidenti Almazbek Atambayev ötən gün xüsusi əməliyyat nəticəsində həbs edilib.

Ölkə parlamenti iyun ayında A.Atambayevin eks-prezident statusunu ləğv etmiş, onun toxunulmazlığını qaldırmışdı. Keçmiş dövlət başçısı cinayətdə ittiham olunur.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.