Ərdoğanın Krımla bağlı açıqlamasına senatordan cavab

8-08-2019, 09:29           
Ərdoğanın Krımla bağlı açıqlamasına senatordan cavab
Türkiyə Krımın Rusiyaya birləşməsini tanımaqdan imtina edərək, həqiqəti və reallıqları rəhbər tutmur.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Krımla bağlı son açıqlamasını şərh edən Rusiya Federasiya Şurasının beynəlxalq işlər üzrə komitə üzvü, Krımdan olan senator Sergey Sekov bildirib.

“Krım Türkiyənin tanınması olmadan yaşayacaq. Əsas odur ki, Rusiya bizi özünün tərkib hissəsi kimi tanıyır. Krımlılar üçün ən vacibi budur, başqa ölkələrin fikri deyil. Biz türk tərəfinin fikrini nəzərə alırıq, amma anlayırıq ki, onlar öz mövqeyində həqiqəti və reallıqları rəhbər tutmurlar. Onlar ona diqqət yetirmirlər ki, 2014-cü ildə dövlət çevrilişi dövründə Ukraynada nə baş verirdi. Biz Türkiyə prezidentinin fikrini nəzərə alırıq, amma öz milli maraqlarına əsaslanaraq siyasətimizi quracağıq”, - deyib.

Onun sözlərinə görə, Türkiyə və Rusiya beynəlxalq çağırışın bir çox məsələsi üzrə müttəfiqdir, buna görə də Krım məsələsində də təmas nöqtələrini tapmaq qalıb.

Xatırladaq ki, ötən gün Ərdoğan ukraynalı həmkarı Vladimir Zelenskinin Türkiyə səfəri zamanı onunla birgə keçirdiyi mətbuat konfransında Ankaranın Krımın qanunsuz ilhaqını tanımadığını, tanımayacağını bildirib.

"Soydaşlarımızın tarixi ana vətəni olan Krımdakı varlıqlarının davamı, kimlikləri və mədəniyyətlərinin qorunması, azadlıqlarının təmini bizim üçün prioret məsələdir", - Ərdoğan söyləyib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.