Atambayev Qırğızıstan xalqına televiziya ilə müraciət edib: "Xalqa güllə atanlar qaçacaq"

8-08-2019, 10:00           
Atambayev Qırğızıstan xalqına televiziya ilə müraciət edib: "Xalqa güllə atanlar qaçacaq"
Qırğızıstanda vəziyyətin gərginləşməsi ilə əlaqədar ölkənin sabiq prezidenti Almazbek Atambayev avqustun 7-dən 8-nə gecə keçən “Aprel” televiziya kanalı vasitəsilə xalqa müraciət edib.

AZƏRTAC xəbər verir ki, Almazbek Atambayev müraciətində deyib: “Mən sizə kədərlə müraciət edirəm. Bugünkü iqtidar ölkə Konstitusiyasını pozaraq öz xalqına odlu silahlardan atəş açır. Bu, çox utandırıcı bir haldır. Atambayev və onun ətrafına toplaşanlar terrorçu deyil. İqtidara demək istəyirəm, dayanın və öz xalqınıza güllə atmayın.

Almazbek Atambayev güc strukturlarına müraciətlə deyib: “Bu gün sizə atəş əmri verənlər ölkədən qaçacaq, ancaq siz qalacaqsınız. Siz xalq qarşısında and içmisiniz, bu gün onlara güllə atırsınız”.

Sabiq prezident, həmçinin tərəfdarlarına da təşəkkürünü bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.