Nostradamusdan qorxunc kəhanət: "Türkiyədə zəlzələ olacaq, Yunanıstanla müharibə başlayacaq..."
8-08-2019, 22:28
Ölmədən öncə “bu gün son günümdür, məni tək qoyun” sözü ilə öz ölümünü xəbər verən kahin yenidən gündəmə gəlib.
Yenicag.az xəbər verir ki, 16-cı əsrdə yaşamış Nostradamusun yenidən gündəm olmasına səbəb onun 2019-cu il üçün verdiyi proqnozları olub.
Onun 10 bölmədən ibarət olan kitabı hələ də araşdırmaçılar tərəfindən araşdırılır. Bəzilərinə görə verilmiş ön görümlərdən bəziləri hələ də həyata keçəcəyi günü gözləyir.
Bu kəhanətlər sırasında 2019-cu il üçün Türkiyə ilə bağlı verilmiş ön görüm daha çox diqqət çəkib.
Nostradamusun fərziyəllərinə görə Türkiyədə daha dəhşətli və ağır fəsadlı zəlzələ baş verəcək. Ancaq kitabı araşdıran fransız araşdırmaçı Fontbrun sözügedən zəlzələnin artıq reallaşdığını və bunun “Gölcük” hadisəsi olduğunu bildirib. Digər araşdırmaçıların bir neçəsi isə bu fikrə qarşı çıxaraq Nostradamusun ön gördüyü zəlzələnin bu il reallaşacağını iddia edib.
Ancaq Türkiyə kəhanəti bununla bitmir. Ön görümlərə görə Türkiyə dənizlərdə Yunanıstanla müharibəyə başlayacaq.