Almaniya Türkiyə ilə anlaşdı: 3 min avro maaşlı iş

9-08-2019, 00:53           
Almaniya Türkiyə ilə anlaşdı: 3 min avro maaşlı iş
Almaniya 2020-ci ilin yanvarın 1-də qüvvəyə minəcək yeni Miqrasiya Qanunu ilə qapılarını Türkiyədən olan işçilərin üzünə açacaq. AzEuroNews.com xəbər verir ki, artıq Almaniya xəstə və yaşlı insanlara baxmaq üçün Türkiyədən işçi qəbul etməyə hazırlaşır.

Almaniyada fəaliyyət göstərən Sosial və Xeyriyyə Təşkilatı “AWO” ilə Türkiyənin Səhiyyə və Sosial Xidmət Çalışanları Birliyi (Sağlık-Sen) işçi qəbulu ilə bağlı birlikdə çalışıb, həmin şəxsləri bu peşəyə hazırlayacaqlar.

İşçilərin qəbulu ilə bağlı ilk seçim turu bu ay İstanbulda keçiriləcək.

Universitet şərti

Artıq Türkiyədə bir çox şirkət xəstə və yaşlılara baxmaq üçün olan işçiləri hazırlamaq məqsədi ilə “Sağlık-Sen”lə müqavilə bağlayıb. Həmin şirkətlərdən biri olan PKS-nin mətbuat katibi Gül Keskinler bilidirib ki, Almaniyada əhali arasında yaşlıların azalması xaricə işçi hazırlayan şirkətlərdə canlanmaya səbəb olub.

G.Keskinler bildirib ki, işçiləri seçib hazırlayarkən onların ali tibb və ya bu sahə üzrə peşə təhsilinin olmasına diqqət edirlər: “Bu peşə fəaliyyəti üzrə Türkiyədə minimum iki illik təcrübəsi olanların şansı daha yüksəkdir. İşə qəbulla bağlı müsabiqədən sonra onları hazırlıq kursları gözləyir. Bu kurslarda əsasən A1 və A2 səviyyəsində almanca öyrədilir. Almaniyanın Türkiyədəki səfirliyi də seçilənlərə asan şəkildə viza verəcək. Artıq bu barədə səfirliklə anlaşmamız olub. Kurs müddətində iştiraçkılar staj məqsədi ilə iki həftəlik Almaniyaya gedəcəklər. Bizim şirkət vasitəsi ilə seçilənlər “AWO”nun Oldenburq şəhərindəki şöbəsində çalışacaq”.

Yüksək maaş

“AWO”nun rəhbərlərindən Lars Bonk və Nikole Monenşayn bu peşə üzrə müraciət edənlərə Almaniya qanunları və standartları çərçivəsində bir yaşam təklif ediləcəyini bildirib. Cənab Bonk bildirib ki, işçilərlə müqavilə 3 illiyinə bağlanacaq: “Başlanğıcda 2-2500 avro maaş verəcəyik. Daha sonra bu rəqəm 3 min avroya qədər artacaq. İşçilər ildə şənbə və bazar günləri xaric 30-36 gün məzuniyyət haqlarından yararlana biləcəklər”.

Almaniyanın işçi ehtiyacı

Almaniya ölkədəki işçi çatışmazlığını aradan qaldırmaq üçün ötən ay Miqrasiya haqqında Qanuna dəyişikliyi təsdiqlədi. Artıq dünyanın dörd bir yanından gələn insanlar burada işləməklə bərabər qalıb iş axtara biləcəklər.

Mütəxəssislərin fikrincə, Almaniya işçi çatışmazlığı aradan qalırmaq və əmək bazarında stabilliyi təmin etmək məqsədi ilə növbəti 40 il üçün hər il 260 min əcnəbi işçini qəbul edəcək.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.