Osmanlı sultanının sarayında çalışmış azərbaycanlı kim olub? – VİDEO

9-08-2019, 01:23           
Osmanlı sultanının sarayında çalışmış azərbaycanlı kim olub? – VİDEO
Osmanlı sultanı II Əbdülhəmidin sarayında bir azərbaycanlı yaşamış və saray politoloqu kimi çalışmışdır. Həmin azərbaycanlı şəkili Məmmədəmin Darğazadə olub. O, XIX-cu əsrdə sultan II Əbdülhəmiddən İstanbulda məhəllə də hədiyyə alıb və bütün şəkili qohumlarını bura yaşamağa çağırıb. Əməkdaşlarımız həmin məhəllədə olublar.

Xezerxeber.az-ın məlumatına görə, atası tacir olan şəkili Məmmədəmin Darğazadə Fransada təhsil alıb və daha sonra ailəsi imkanlı olduğundan Türkiyədə hüquq sahəsində oxuyub.

Məmmədəmin Darğazadə Türkiyədə yaşadığı dövrdə bağban qızını sevib. Ailəsi bununla razılaşmadığından səyhatə çıxıb və bunu səyahətnamə halında yazıb.

Səyahətnamə yazılarının Türkiyədə qəzetdə çap edilməsi şəkili Məhəmmədəminin sarayda işlməsinə səbəb olur.

Beləliklə, Məmmədəmin Darğazadə sarayada politoloq kimi fəaliyyət göstərir və xarici qonqlarla siyasi danışıqlarda iştirak edir. Daha sonra II Əbdülhəmid Məhəmmədəminə dəniz kənarında məhəllə də hədiyyə edir və o da şəkili qohumlarını bura dəvət edir. Həmvətənimiz üç dəfə ailə qurub və 2 övladı dünyaya gəlib. O, 1925- ci ildə dünyasını dəyişib. Oğlu isə atasından qalan bütün varidatı və arxivini satdığından indi ondan geriyə heç nə qalmayıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.