Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayevin xüsusi təyinatlılara təslim olmasının videogörüntüləri yayılıb. “Yeni Sabah” xəbər verir ki, keçmiş prezident təslim olmazdan öncə həmin dəstənin komandiri ilə danışıqlar aparır.
Videodan Atambayevin evinin tam bir döyüş meydanını xatırlatdığı da görünür. Hətta evin içərisində barrikadalar qurulub, çoxlu sayda silah və sursat var.