Məhkəmə Atambayevlə bağlı qərar verdi

9-08-2019, 08:55           
Məhkəmə Atambayevlə bağlı qərar verdi
Məhkəmə Qırğız Respublikasının sabiq prezidenti Almazbek Atambayevin avqustun 26-na kimi həbsi barədə qərar verib.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda onun vəkili Sergey Slesarev bildirib.

Keçmiş prezident Milli Təhlükəsizlik Dövlət Komitəsinin istintaq təcridxanasına yerləşdirilib. Vəkilin sözlərinə görə, Atambayevə kriminal avtoritet Əziz Batukaevin qanunsuz azad olunması haqqında iş üzrə ilkin ittihamlar təqdim edilib.

Qeyd edək ki, keçmiş dövlət başçısı iqamətgahına xüsusi təyinatlı dəstə üzvlərinin üçüncü hücum cəhdindən sonra ötən gün təslim olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru