Türkiyə bayrağı altında üzən “Paksoy-I” karqo gəmisinə edilən silahlı hücum zamanı girov götürülən 10 türk dənizçi sərbəst buraxılıb.
Publika.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, onların vəziyyətinin qənaətbəxş olduğu bildirilir.
Xatırladaq ki, iyulun 13-də Nigeriya sahillərinə yaxın sularda Türkiyə bayrağı altında üzən “Paksoy-I” karqo gəmisinə silahlı hücum nəticəsində 18 nəfərlik heyət üzvündən 10-u girov götürülmüşdü.