“Tariximizin qələbə silsiləsinə yenisini artıracağıq” – Ərdoğan

10-08-2019, 20:30           
“Tariximizin qələbə silsiləsinə yenisini artıracağıq” – Ərdoğan
Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan bu gün Qurban bayramı münasibətilə xalqı təbrik edib. “Report” “CNNtürk”ə istinadən xəbər verir ki, bayram müraciətində dövlət başçısı avqust ayının Türkiyə tarixində “qələbələr ayı” olaraq xüsusi yerə malik olduğunu vurğulayıb: “Təqribən iki həftə sonra xatırlayacağımız Malazgirt qələbəsindən tutmuş Mərcidabıq yürüşünə, İstiqlal hərbimizin zirvəsi olan 30 avqust qələbəsindən tutmuş Kıbrıs əməliyyatınadək bir çox dönüş nöqtəsini bu ayda yaşamışıq” – deyən prezident Ərdoğan son vaxtlar Suriya sərhədi boyunca yaradılmasına cəhd göstərilən “terror dəhlizi”nə ilk əhəmiyyətli zərbə olan “Fərat qalxanı” əməliyyatının da məhz avqust ayında başlandığını xatırladıb.

“İnşallah bu avqust da tariximizin zəfərlər silsiləsinə daha birini artıracağıq” – deyən Türkiyə lideri bu günlərdə Suriyanın şimalında, Fərat çayının şərqində terrora qarşı başlamaq niyyətini ifadə etdiyi, Fəratdan İraq sərhədinədək sülh zolağı yaratmaq üçün nəzərdə tutduqları yeni geniş əməliyyata işarə vurub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru