Qəssablar arasında qiymət üstündə BIÇAQLANMA - İki nəfərin vəziyyəti ağırdır - FOTO

12-08-2019, 14:30           
Qəssablar arasında qiymət üstündə BIÇAQLANMA - İki nəfərin vəziyyəti ağırdır - FOTO
Türkiyənin Kastamonu vilayətinin Subaşı kəndində iki qəssab arasında qiymət üstündə dava baş verib.

Milli.Az İHA-ya istinadən xəbər verir ki, qəssablıq edən Terzi və Civelekoğlu ailələri arasında baş verən qanlı olay zamanı silahdan və bıçaqdan istifadə edilib.

Dava zamanı Abdullah Terzi (41), Ecevit Terzi (45), Alaattin Terzi (46) və Adem Civelekoğlu (40) yaralanıb. Yaralılar, olay yerinə çağırılan təcili yardım maşınları ilə xəstəxanaya aparılıblar. Yaralılardan Adem Civelekoğlu ilə Alaattin Terzinin vəziyyətinin ağır olduğu deyilir.

Polis araşdırmaya başlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru