Türkiyədə PKK-nın 4 terrorçusu öldürülüb

13-08-2019, 07:29           
Türkiyədə PKK-nın 4 terrorçusu öldürülüb
Türkiyədə PKK terrorçularına qarşı növbəti əməliyyat keçirilib.

Bu barədə "Report" "Anadolu" agentliyinə istinadən xəbər verir.

Məlumata görə, əməliyyat ölkənin cənub-şərqində, Hakkari vilayətində, Yüksəkova ərazisində baş tutub. Jandarm qüvvələrinin də cəlb edildiyi əməliyyat zamanı 4 terrorçu məhv edilib.

Daha əvvəl İranın şimal-qərbində yerləşən Qərbi Azərbaycan əyalətinin Makı şəhərində İnqilab Keşikçiləri Qvardiyası ilə terrorçu PKK-nın İrandakı silahlıları arasında baş verən atışma nəticəsində 2 qvardiyaçı ölüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru