Pakistan Azərbaycandan kömək istədi

14-08-2019, 18:57           
Pakistan Azərbaycandan kömək istədi
“Azərbaycan bizə dost olan ölkədir. Bu qardaş ölkədən dəstək gözləyirik”.
Teref.az "report”a istinadən xəbər verir ki, bu barədə Pakistanın Azərbaycandakı səfiri Səid Xan Möhmənd ölkəsinin müstəqilliyinin 73-cü ildönümünə həsr olunan mətbuat konfransında bildirib.

“Bu yaxınlarda Azərbaycan Xarici İşlər Nazirliyində olmuşam, Kəşmir məsələsini müzakirə etdik. Həmçinin Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatının Kəşmir təmas qrupunun da üzvü olduğunu qeyd etmək istəyirəm. Biz də Azərbaycandan Kəşmir qətnaməsini dəstəkləməsini xahiş etmişik”, – pakistanlı diplomat deyib.

O, Ermənistanı tanımayan yeganə dövlət olduqlarını da xatırladıb: “Bildiyiniz kimi, Pakistan parlamentinin hər iki palatasında Xocalı qətliamına dair qətnamələr qəbul olunub”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru