Almazbek Atambayevin xanımına qarşı cinayət işi başlanılıb

17-08-2019, 07:47           
Almazbek Atambayevin xanımına qarşı cinayət işi başlanılıb
Qırğızıstanın sabiq prezidenti Almazbek Atambayevin həyat yoldaşı Raisa Atambayevaya qarşı cinayət işi qaldırılıb.APA “RT”-yə istinadən xəbər verir ki, o, hakimlərə təzyiq göstərməkdə ittiham olunur.

Ona qarşı irəli sürülən ittihamla razılaşmayan R.Atambayeva bildirib ki, o heç vaxt siyasətə qarışmayıb və hakimlərə hər hansı təzyiq göstərməyib.

Qeyd edək ki, sabiq prezident A.Atambayevin özü adam öldürmə, kütləvi iğtişaş təşkil etmə, adam öldürməyə cəhd, girov götürmə və hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etmə maddələri ilə ittiham olunur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru