“Əsəddən icazə al…” - Moskvadan Ərdoğana şok tələb

18-08-2019, 08:36           
“Əsəddən icazə al…” - Moskvadan Ərdoğana şok tələb
Rusiya Xarici İşlər Nazirliyi (XİN) Suriyanın şimalında hərbi əməliyyatlara başlamaq istəyən Türkiyəyə xəbərdarlıq edib.

XİN-in mətbuat katibi Mariya Zaxarovanın yaydığı açıqlamada bu bölgənin Suriyadan qoparılması cəhdlərinin yolverilməz olduğunu bildirilib.

Zaxarova Türkiyənin Suriyanın şimalında təhlükəsizlik zolağı qurmaq barədə planı haqda bunları deyib: “Suriyanın bu bölgəsinin heç bir əsasla qoparılmayacağını və bunun qəbuledilməz olduğunu düşünürük.

Terrorizmlə mübarizə aparmaq üçün rəsmi Dəməşqdən icazə almaq lazımdır. Burada bir suveren ölkədən söhbət gedirsə, icazə almaq ilk və mütləq şərtdir. Bu, Rusiyanın dəyişməz şərtidir və bölgədə hərbi əməliyyatlar keçirmək istəyən Türkiyə üçün də keçərlidir. Şübhəsiz ki, bu və digər məsələlərə görə türk həmkarlarımızla məsləhətləşmələr aparırıq”.

Əlavə edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan YPG terror təşkilatının silahlılarının ölkə sərhədlərindən uzaqlaşdırmaq üçün türk ordusunun Suriyanın şimalında hərbi əməliyyata başlayacağını açıqlamışdı.(Teleqeraf.com)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru