İstanbulda güclü yağış daşqına səbəb olub, 1 nəfər ölüb 18-08-2019, 08:40 Türkiyənin İstanbul şəhərində daşqınlar nəticəsində azı bir nəfər həyatını itirib."Report" "Hürriyet Daily News"a istinadən xəbər verir ki, yağışlar avqustun 17-də başlayıb və günorta satlarında güclənib.Nəticədə İstanbulun bir neçə rayonunu su basıb. Bundan əlavə, dəmir yolu əlaqəsi kəsilib və Bosfordan keçən gəmilərin işində problem yaranıb. Facebook-da paylaş