Türkiyədə dəhşətli zəlzələ ABŞ-ın gizli silahı ilə törədilib?

18-08-2019, 09:12           
Türkiyədə dəhşətli zəlzələ ABŞ-ın gizli silahı ilə törədilib?
20 il öncə - 1999-cu ilin 17 avqust tarixində Türkiyənin Mərmərə regionunda 7,5 bal gücündə baş verən dəhşətli zəlzələ ilə bağlı bu günə kimi müxtəlif ağlasığmaz versiyalar səsləndirilib.

Axar.az xəbər verir ki, o dönəm baş nazir olmuş Bülənt Əcəvit bu zəlzələnin hərbi hücum ola biləcəyi ehtimalının araşdırılması üçün tapşırıq vermişdi.

Əcəvitin vəfatından sonra Fövqəladə Vəziyyətlərə Hazırlıq və Zəlzələ qurumunun rəhbəri Əhməd Mete İşıkaranın bu yöndə açıqlamaları şübhələri daha da gücləndirmiş, bu dəhşətli olayın təbii fəlakət deyil, məhz insan müdaxiləsi nəticəsində meydana gəlməsi iddiaları daha geniş yayılmışdı.

Məlumata görə, zəlzələnin məhz hər hansı bir hərbi sistemin tətbiqi nəticəsində meydana gəldiyini göstərən müəyyən əsaslar mövcuddur:

Zəlzələ günü orduda təhvil-təslim prosesi zamanı anidən ABŞ və İsrail əsgərlərinin ortaya çıxması;

Dəniz limanında ABŞ sualtı gəmisinin peyda olması və buraya heç bir türk əsgərinin girişinə icazə verilməməsi;

Hadisə dünya mediasında işıqlandırılmadan İsrailin yardım hazırlıqlarına başlaması;

Zəlzələdən əvvəl dənizdə böyük bir alov kürəsinin əmələ gəlməsi;

Səmanın rənginin dəyişməsi;

Zəlzələnin gözləniləndən artıq davam etməsi;

Telefonların işləməməsi...












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru