Adnan Oktar təşkilat üzvlərini zorla evləndirib:Yeni gizli məktublar üzə çıxıb

18-08-2019, 11:12           
Adnan Oktar təşkilat üzvlərini zorla evləndirib:Yeni gizli məktublar üzə çıxıb
İstanbulda həbs edilən Adnan Oktar və cinayətkar qruplaşması ilə bağlı yeni detallar üzə çıxmağa davam edir.

Musavat.com xəbər verir ki, 171-i həbsdə olan, 226 nəfər şübhəli haqqında İstanbul Cümhuriyyət Baş Prokurorluğu tərəfindən hazırlanan iddianamədə qruplaşmanın necə təşkilatlanması detalları yer alır.

İddianamədə yazılıb ki, təşkilat üzvləri əsgərlik yaşında əsgəri xidmətə göndərilməyib. Buna səbəb olaraq onların təşkilatın ideologiyasından uzaqlaşma ehtimalı göstərilib. Belə ki, Adnan Oktar onların ideologiyasının “korlana” biləcəyi ehtimalını nəzərə alaraq, buna qadağa qoyub və təlimatını da açıq şəkildə təşkilat üzvlərinə bildirib.

İddianamədə göstərilib ki, Adnan Oktarın 1979-cu ildə partlayan “Independanta'' tankeri ilə ona Mehdilik statusunun verildiyini bildirib. Təşkilatın “Qardaşlar qrupu”nda yer alan Ali Suat Kütahnecioğlu və Rasin Kotilin yaxalanması məqsədilə Beykozdakı bir ünvana təşkil edilən əməliyyatda bir qutu içində qeyd və qəzet yer aldığı qeyd edildi. Qeyddə isə aşağıdakılar yazılıb: “Hamımız üçün mənalı bir tarix vardır. Hər hərəkəti hadisə olan və böyük bir səs-küy yaradan aslanlar aslanı Adnan Hocamızın İstanbula gəlişi də olduqca təsirliydi. Yeri-göyü inildədəcəyini, İstanbul başda olmaq üzrə bütün dünyaya işıq saçacağının bir xəbərçisi kimi idi, İndependenta qəzası. Yaxşı ki, varsan. Yaxşı ki, İstanbula gəlmisən, hocam. İstanbul səninlə gözəl, Türkiyə səninlə gözəl, dünya səninlə gözəl, maşallah".

RƏSMİ NİKAHLI EVLİLƏRİN HEÇ BİRİ EYNİ EVDƏ YAXALANMADI

İddianamədə Adnan Oktar Silahlı Cinayətkar Təşkilatında A.Oktar tərəfindən verilən təlimatlar əsasında “Bacılar Qrupu”nda yer alan qadın təşkilat üzvləri ilə “Qardaşlar Qrupu”nda yer alan təşkilat üzvlərinin kağız üstündə evləndirdikləri, təşkilata yönəldilmiş peşəkar əməliyyatlar çərçivəsində bir-birilə evli görünən təşkilat üzvlərinin heç birinin eyni evdə tutulmadığı, ilk vaxtlar evlənənlər xaric olmaqla heç birinin uşaqlarının olmadığı bildirilib.

Bu nikahlar təşkilatın daxili qaydalarına görə həyata keçirilib. Bu qaydalar isə əsasən təşkilatdan qopmaların qarşısını almaq, təşkilat üzvərinə ailələrindən qalan mirasın təşkilata yönləndirilməsi məqsədilə həyata keçirilirdi.

İddianamədə saxta evliliklərlə bağlı bir digital səs yazısında aşağıdakılar qeyd olunub: “Sən daha yaxşı bilirsən, inşallah. Serpilin mirası məsələsində heç bir şey edilmir. Vəfat etsə, heç bir haqqımız olmayacaq, onu bir qardaşla evləndirmək olarmı?”

Məktubda sözügedən şəxsin təşkilat üzvlərindən Serpil Ekşioğlu olduğu, bu qeydin də A.Oktara təqdim olunmaq üzrə yazıldığı bildirilib.

Ad siyahılarının yer aldığı buna bənzər bir qeyddə isə evləndiriləcək şəxslərin adları yer alıb: “Təşkilat daxili evliliklərin təşkilat üzvü olan şəxslərə ailələrindən qalan malların təşkilata çatdırılma məqsədi güddüyü və bu məqsədlə hansı təşkilat üzvləri ilə evləndirilməsinin lazım olduğu Adnan Oktara çatdırılıb”.

TƏŞKİLAT İÇİNDƏ YALNIZCA 20 NƏFƏR ƏSGƏRLİK XİDMƏTİNDƏN KEÇİB

Təşkilatdakı kişilər əsgərlik yaşına çatanda A.Oktarın adamları onları ya ölkə xaricinə göndərib, ya da pullu əsgərlik xidməti keçmələrinə şərait yaradıb. Son nəticədə 20 nəfər əsgərlik xidmətindən keçib. İddianamədə A.Oktarın da pullu əsgərlik xidməti keçdiyi, təşkilat üzvlərindən Tarkan Yavaşın da “əlverişsiz” olmasına görə əsgərlik xidmətini yerinə yetirmədiyi qeyd olunub.

Sevinc, musavat.com












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.