CHP sədrindən Əsədlə bağlı skandal - Çağırış

18-08-2019, 11:13           
CHP sədrindən Əsədlə bağlı skandal - Çağırış
Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlu iqtidarın Suriya ilə bağlı siyasətini tənqid edib.

Axar.az xəbər verir ki, partiya lideri Türkiyənin Suriyaya müdaxiləsi nəticəsində YPG və PKK kimi problemlərin ortaya çıxdığını bildirib:

“YPG-PKK bəlası var, deyirlər? Bəs, bu bəlanı yaradan sən deyilsən? Suriyada nə işin var? "Problemi həll et" deyirik, "Suriyanın ərazi bütövlüyü" deyir. Harada axtarırsan ərazi bütövlüyünü? Ya Rusiyada, ya da ABŞ-da... Bəşər Əsəd hakimiyyəti hələ də oradadır”, - deyə CHP sədri bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru