Məşhur tarixçi alim Kərəm Məmmədli: "Çox təəssüf ki, bəzi "çoxbilmişlərimiz" mədəniyyət haqqında danışarkən,..."

19-08-2019, 01:51           
Məşhur tarixçi alim Kərəm Məmmədli: "Çox təəssüf ki, bəzi "çoxbilmişlərimiz" mədəniyyət haqqında danışarkən,..."
TURANA QILINCDAN DAHA KƏSKİN, ULU QÜVVƏT
YALNIZ MƏDƏNİYYƏT, MƏDƏNİYYƏT, MƏDƏNİYYƏT
H.CAVİD
Çox təəssüf ki, bəzi "çoxbilmişlərimiz" mədəniyyət haqqında danışarkən, bəlkə də dilimizə ərəbcədən keçmiş (adam Türkiyə türkcəsini xoşladığından buna "kültür" də deyə bilər, hərçənd o da latın sözüdür) bu termin adı altında nə nəzərdə tutulduğunu və necə təsnifatlandığını da bacarmır.
Tarix və mədəniyyət bir-birlərilə bağlı proseslərdir. Belə ki, terminologiyada nahaq yerə bəzən bu ikisini özündə tək halda ehtiva edən "sivilizasiya" sözü işlənmir. Sivilizasiya yarandığı dövrün siyasi, ictimai münasibətləri ilə yanaşı, həm də onun daxilində yaranmış mənəvi və maddi dəyərləri özündə əks etdirirək, adətən, monoetnik xüsusiyyət daşımır!
Məsələn, Avropada "Karolinq oyanışı", "Renessans" kimi mühüm hadisələri heç bir avropalı tarixçi nə almanların (alman, ingilis və s.), nə romanların (italyanlar, fransızlar və s.) adları ilə bağlamırlar!
Eyni hal Şərqdə də olmuşdur. Xilafət, Böyük Səlcuq sultanlığı, Elxanilər və Qızıl Ordu,Səfəvilər, Böyük Moğol, Mancur-Çin kimi nəhəng imperatorluqlarında yaranmış zəngin mədəniyyətləri də təbii ki ya ərəbin, ya farsın, ya çinlinin, ya hindlinin, eləcə də ancaq türklərin adına çıxmaq sadəcə cahillikdir!
Heç olmasa milli folklorumuzun şah əsəri olan "Abbas və Gülgəz" dastanında orta əsrlərdə kimə savadlı insan deyildiyini yada salın, "çoxbilmişlər"! Orta əsrlərdə Türklər tərəfindən İslam Şərqində qurulmuş dövlətlərin əksəriyyətində türk, ərəb, fars dilləri yanaşı işlədilirdi!
PS. Bir də lütfən etnoqrafik terminləri işlədəndə, heç olmasa onun hansı məna daşıdığını öyrənin.
Kərəm Hətəmoğlu Məmmədli












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.