ABŞ Suriyada Türkiyə hərbi karvanına edilən hücumu qınayıb

20-08-2019, 09:30           
ABŞ Suriyada Türkiyə hərbi karvanına edilən hücumu qınayıb
ABŞ Dövlət Departamenti Suriyada Türkiyəyə məxsus hərbi karvanının atəşə tutulmasını qınayıb və Bəşər Əsədi və müttəfiqlərini atəşkəsə riayət etməyə çağırıb.


APA “TASS”a istinadla xəbər verir ki, bu barədə Departamentin mətbuat xidmətinin rəhbəri Morqan Ortequs Twitter səhifəsində yazıb: "Bəşər Əsəd rejimi və müttəfiqləri indi İdlibdə atəşkəs rejiminə riayət etməlidi. Bu gün (bazar ertəsi-red.) Türkiyəyə məxsus hərbi karvan ehtiyatsızlıq üzündən atəşə tutulub. Atəşkəsin pozulması nəticəsində humanitar missiyalı insanlar, mülki əhali əziyyət çəkir, ifrastruktur dağılır. Biz bu zorakılığı qınayırıq və atəşin dayandırılmasını istəyirik”.

Qeyd edək ki, Türkiyənin NTV kanalının verdiyi məlumata görə, Türkiyə Silahlı Qüvvələrinin zirehli maşınlarından ibarət karvan mövqeləri gücləndirmək məqsədilə İdlibdəki 7 nömrəli müşahidə postundan 9 nömrəli posta keçərkən Suriya qoşunlarının hücumuna məruz qalıb. Hökumət qüvvələri karvanın hərəkət etdiyi yolu vurub və zirehli maşınların yaxınlığında bir neçə mərmi partlayıb. Ehtimal olunan zərərin qarşısını almaq məqsədilə karvanın hərəkəti dayandırılıb və komandanlıq hadisə yerinə plotsuz aparatlar göndərib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru