Türkiyə ordusu “Pəncə-3” əməliyyatında 15 terrorçunu məhv edib

26-08-2019, 08:05           
Türkiyə ordusu “Pəncə-3” əməliyyatında 15 terrorçunu məhv edib
Türkiyənin Milli Müdafiə Nazirliyi “Pəncə-3” əməliyyatında məhv edilən PKK terrorçularının sayının artdığını açıqlayıb.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə nazirliyin "Twitter" səhifəsində bildirilir.

Qeyd edilir ki, terrorçuların 4-ü hava əməliyyatında, 2-i atışma zamanı məhv edilib. Bununla da “Pəncə-3” əməliyyatında məhv edilən PKK terroçularının sayı 15 nəfərə çatıb.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri İraqın şimalında yerləşən Sinat-Hafta bölgəsində “Pəncə-3” əməliyyatına başlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru