Pentaqon Türkiyəyə çatdırılmalı olan "F-35" təyyarələrinin gələcək taleyini müzakirə edir

27-08-2019, 00:37           
Pentaqon Türkiyəyə çatdırılmalı olan "F-35" təyyarələrinin gələcək taleyini müzakirə edir
ABŞ müdafiə nazirinin satış və və logistika təminatı üzrə müavini Ellen Lord Türkiyəyə çatdırılmalı olan 5-ci nəsil “F-35” bombardmançı qırıcı təyyarələrin taleyinə aydınlıq gətirib.

APA “TASS” agentliyinə istinadən xəbər verir ki, Lord hazırda bu məsələnin müzakirə olunduğunu deyib.

Onun sözlərinə görə, Pentaqon rəsmi olaraq hələ də Türkiyənin mülkü hesab edilən təyyarələrlə bağlı gələcək addımlar üçün müxtəlif variantları nəzərdən keçirir.

Nazir müavini onu da əlavə edib ki, Türkiyə bir ildən sonra tam şəkildə “F-35” proqramından kənarlaşdırılacaq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.