AKP-də növbəti istefa – Sabiq nazir də getdi

28-08-2019, 21:37           
AKP-də növbəti istefa – Sabiq nazir də getdi
Türkiyənin sabiq Ədliyyə naziri Sadullah Ergin Ədalət və İnkişaf partiyasından (AKP) istefa verib.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadla xəbər verir ki, onun daha öncə partiyadan istefa verən Əli Babacanın yeni yaradacağı partiyaya qoşulması gözlənilir.

Sadullah Ergin istefa xəbərini təsdiqləsə də, səbəbi barədə açıqlama verməyib.

Qeyd edək ki, Sadullah Ergin 2011-2013-cü illərdə Ədliyyə naziri olub. Bundan başqa o, millət vəkili kimi də fəaliyyət göstərib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.