«Hesab edirik ki, bu, Türkiyənin qanuni maraqlarıdır…» – PUTİN

29-08-2019, 07:16           
«Hesab edirik ki, bu, Türkiyənin qanuni maraqlarıdır…» – PUTİN
Türkiyə Cümhuriyyəti (TS) prezidentinin Rusiyaya işgüzar səfərinin nəticələrinə əsasən Vladimir Putin və Rəcəb Tayyip Ərdoğan birgə mətbuat konfransı keçiriblər. Dövlət başçıları əsas diqqəti Jukovski danışıqlarının «açar» mövzularından birinə yönəldiblər.

Türkiyəli həmkarı ilə keçirdiyi məsləhətləşmələrin nəticələrinə uyğun olaraq, Putin bəyan edib ki, diqqəti «yerdə» Suriyadakı vəziyyətin sabitləşdirilməsinə yönəltmək və BMT TŞ-nın qətnaməsinə əsasən siyasi tənzimləmə prosesini irəli aparmaq qaçılmazdır.

«Hesab edirik ki, indiki mərhələdə diqqəti Suriyada vəziyyətin sabitləşməsinə yönəltmək və siyasi tənzimləmə prosesini BMT TŞ 2254 saylı qətnaməsinə uyğun olaraq irəli irəli aparmaq lazımdır» – deyə, Putin mətbuat konfransında bildirib.

Dövlət başçısı qeyd edib ki, Rusiya dövləti Suriya ilə sərhəddə təhlükəsizliyin təmin olunması məsələsində Türkiyənin narahatlığını anlayır – bu, Türkiyənin qanuni maraqlarıdır.

«Türkiyə suriyalı qaçqınlarla bağlı böyük yük daşıyır, biz bunu yaxşı bilirik – 3,5 milyon insan. Yeri gəlmişkən, Suriya ərazisində vəziyyətin normallaşması bir çox insanın öz doğma ocağına qayıtmsına gətirib çıxardır. Milyonlarla daxili köçkün də öz yurduna qayıdır. Biz, Türkiyənin öz cənub sərhədlərinin təhlükəsizliyinin təminatı barədəki narahatlığını anlayırıq. Hesab edirik ki, bu, Türkiyə Respublikasının qanuni maraqlarıdır» – deyə, Putin qeyd edib.

Onun sözlərinə görə, Rusiya tərəf bu mövqedən çıxış edir ki, yaradılmış təhlükəsizlik zonaları Türkiyə üçün onun cənub sərhədində Suriyanın özünün ərazi bütövlüyünün təmin olunması məsələsində yaxşı şərait olacaq. «Bu mənada, biz, bölgədə gərginliyin azaldılmasına istiqamətli istənilən şərti dəstəkləyirik» – Rusiya prezidenti əlavə edib.

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan da öz növbəsində, bəyan edib ki, Suriya hökumət qüvvələrinin İdlibdəki fəaliyyəti Rusiya-Türkiyə Soçi memorandumunun Suriyanın şimalı-qərbində silahsız zonanın yaradılması barədə öhdəliklərinin yerinə yetirilməsini çətinləşdirir.

«Biz, prezident Vladimir Putinlə Suriya tematikasına toxunduq – xüsusilə İdlib silahsılaşdırılmış zonası üzrə. Ötən il imzaladığımız Soçi memorandumuna əsasən, biz, nisbi sabitliyə nail olmuşuq. Ancaq təəssüf ki, may ayından başlayaraq, hökumət qüvvələri o cümlədən, mülki obyektləri bombardman edir və həmin nisbi sakitliyi pozur. Təəssüf ki, bu Soçi memorandumunun yerinə yetirilməsini çətinləşdirir» – deyə, Ərdoğan bəyan edib.

Xatırladaq ki, Türkiyə lideri çərşənbə axşamı Moskvaya bir günlük işgüzar səfərə gəlib. Yüksək siyasi səviyyədə aparılan daqışıqların başlıca mövzusu Suriyanın «böyük İdlib» bölgəsindəki (İdlib əyaləti və Hama, Hələb əyalətinin bir hissəsi və Latakiya) vəziyyət olub.

Danışıqlaın gedişində siyasi, ticarət-iqtisadi, hərbi-texniki və humanitar sferalarda, eyni zamanda günün aktual beynəlxalq və bölgəsel aspektləri istiqamətində Rusiya-Türkiyə münasibətləri müzakirə mövzusu olub.

Avqustun 27-də Jukovskdə Vladimir Putin və Rəcəb Tayyip Ərdoğan 14-cü Beynəlxalq aviakosmik salonun (MAKS-2019) açılışında iştirak ediblə












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.