Tatarıstan parlamenti «monqol-tatar işğalı»nın sona çatmasını qeyd etmək istəmir

30-08-2019, 00:08           
Tatarıstan parlamenti «monqol-tatar işğalı»nın sona çatmasını qeyd etmək istəmir
1990-cı illərdən bəri etnokratların nəzarəti altında olan Tatarstan parlamenti, bundan əvvəl Kaluqa vilayətindən olan deputat Gennadi Sklyarın Dövlət Dumasına göndərdiyi qanun layihəsinin əleyhinə çıxış edib. Əgər qanun layihəsi təsdiqlənərsə, noyabrın 11-i tarixi ümumrusiya «monqol-tatar işğalının sonu» anım günü ola bilər.

Layihəyə verilmiş izahedici yazıda bildirilir ki, 1480-ci ildə Uqrada Dayanma baş verib – Böyük Orda xanı Əhmədin və Böyük Moskva knyazı 3-cü İvanın orduları üz-üzə gəlib. Bu hadisələrin nəticəsində «Rusiyanın Orda xanlarının işğalından qəti şəkildə azad olması baş tutub və mərkəzi Moskva şəhəri olmaqla, Rusiya dövləti tam azadlıq əldə edib».

Təşəbbüs müəllifləri əmindirlər ki, noyabrı 11-i tarixinin anım günü elan olunması «Rusiya vətəndaşlarının vətənpərvərlik şüurunun möhkəmlənməsinə və vətən tarixinin populyarlaşmasına kömək edəcək».
Federal hökumət artıq bu təklifi bəyənib.

Ancaq Tatarstan rəhbərlərinin bir qismi özünü Orda xanlarının xələfi hesab edir və Rusiya tarixində Qızıl Odanın roluna istisnasız olaraq, müsbət yanaşırlar və bu tarixi qeyd etmək istəmirlər.

Dövlət quruculuğu komitəsinin üzvləri, o cümlədən, təhsil, mədəniyyət, elm və milli məsələr komitələrinin üzvləri yekdilliklə bu qanun layihəsinə qarşı çıxıblar və respublika parlamentinə tövsiyyə ediblər ki, Dövlət Dumasına mənfi rəy göndərsin.

Tatarstan rəsmiləri bunu belə əsaslandırıblar ki, bu cür anım tarixinin meydana çıxması «millətlərarası münanişə yarada və ruslarla tatarlar arasına ayrıseçkilik sala bilər».
Qanun layihəsinin ilk oxunuşu payıza nəzərdə tutulub. Bölgələrdən rəylər sentyabrın 2-ə qədər qəbul olunacaq.

AzPolitika.info












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.