Rusiya qırıcısı vurulanda Qərb bizə nə dedi? - Çavuşoğlu

3-09-2019, 09:07           
Rusiya qırıcısı vurulanda Qərb bizə nə dedi? - Çavuşoğlu
ABŞ-dan “Patriot” sistemlərini ala bilərik. Ala bilmiriksə, özümüz istehsal edənə kimi Rusiyadan raket sistemini alacağıq. Biz müstəqil ölkəyik.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.

“S-400-ü almaq məcburiyyətindəydik. Çünki buna təcili ehtiyacımız var idi. Ən çox ehtiyacımız olduğu dövrdə Hollandiya, Almaniya və ABŞ raket batareyalarını ölkəmizdən geri çəkdi", - nazir bildirib.

M.Çavuşoğlu eyni zamanda NATO ölkələrinin Rusiya-Türkiyə yaxınlaşmasından dolayı narahatlıq keçirməsi barədə də danışıb:

“Həmkarlarımıza bu barədə söylədim: "Rusiya təyyarəsi vurulanda sizlər Moskva ilə əlaqələrin normallaşmasını tövsiyə etməmişdinizmi? O zaman nə üçün indi bunu problemə çevirmisiniz?" Gülməyə başladılar”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru