Türkiyənin Hakkari şəhərinin Yüksəkova rayonunda 3 bölgədə fövqəladə vəziyyət elan edilib. "Yeni Sabah" Türkiyə mediasına istinadən xəbər verir ki, xüsusi təhlükəsizlik bölgəsi elan edilən bölgədə fövqəladə vəziyyət rejimi 6 gün müddətinə qüvvədə olacaq.
Hakkari Valiliyindən verilən məlumatda PKK və digər terror təşkilatlarının təhdidinin şəhərin sosial və iqtisadi inkişafına mənfi təsir göstərdiyi qeyd edilib.