Ərdoğan şiddətli zəlzələdən danışdı: yaralılar var

26-09-2019, 18:02           
Ərdoğan şiddətli zəlzələdən danışdı: yaralılar var
14:27
Türkiyənin İstanbul şəhərində şiddətli zəlzələ baş verib.
Axar.az xəbər verir ki, ilkin məlumat görə, zəlzələ 5.9 bal gücündə olub.
Yeraltı təkanlar təxminən 30 saniyə davam edib.
***
Zəlzələ təşvişə səbəb olub, sakinlər evlərini tərk etmək məcburiyyətində qalıb.
Məktəblər, xəstəxanalar, ticarət mərkəzləri təcili təxliyə olunub. Telefon xətləri kəsilib. Şəhərdə böyük panika yaranıb.
Avcılar rayonunda yerləşən məscidin minarəsi dağılıb.
***
İstanbulda yerli vaxtla 14:27-də növbəti zəlzələ qeydə alınıb. Yeraltı təkanların gücü 4 bal olub.
***
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu Yorkda keçirilən BMT Baş Assambleyasından qayıdan kimi ona zəlzələ ilə bağlı hesabat verilib.
Türkiyə prezidenti daha sonra bu barədə jurnalistləri məlumatlandırıb.
“İndiyə qədər 28 afterşok qeydə alınıb. Bu sayın artması da mümkündür. Zəlzələ nəticəsində 8 vətəndaşımız yaralanıb”, - Ərdoğan bildirib.
Qeyd edək ki, bu gün səhər saatlarında da İstanbulda 3.6 bal gücündə zəlzələ baş vermişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru