İstanbul zəlzələsinin səsi yer altında belə qeydə alındı - Video

27-09-2019, 09:59           
İstanbul zəlzələsinin səsi yer altında belə qeydə alındı - Video
İstanbul ötən gün baş verən və böyük təlaşa səbəb olan zəlzələnin yer altındakı səs qeydi ortaya çıxıb.

Publika.az xəbər verir ki, səs qeydi bir neçə universitetin təmsil olunduğu Vaşinqtondakı Seysmologiya üzrə Birgə Tədqiqat Qurumları (IRIS) tərəfindən rəsmi saytında paylaşılıb.

5 saniyəlik səs qeydində əvvəlcə güclü bir qırılmanı göstərən gurultunun ardınca titrəmə səsi eşidilir.

Qeyd edək ki, İstanbulun Silivri bölgəsində 5,8 bal gücündə zəlzələ baş verib. AFAD zəlzələnin episentrinin 6,99 km dərinlikdə olduğunu açıqlayıb. Sarsıntı şəhərdə şiddətli şəkildə hiss edilib. Zəlzələ nəticəsində 8 nəfər yaralanıb.
https://www.internethaber.com/korkutan-istanbul-depreminin-sesi-boyle-kaydedildi-video-galerisi-2052642.htm












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru