İstanbuldakı zəlzələ ilə bağlı daha bir məlumat

28-09-2019, 21:39           
İstanbuldakı zəlzələ ilə bağlı daha bir məlumat
İstanbulda baş vermiş son zəlzələdən sonra zərərçəkmiş binalarla bağlı 2 min 801 məlumat daxil olub. 213 bina artıq araşdırılıb. Yaşayış binalarından 20-nin ciddi, 58-nin isə yüngül zədə aldığı aşkarlanıb. Zədəli binaların aşkar olunması istiqamətində işlər davam etdirilir. Bu işə 270 mütəxəssis cəlb olunub.

Bu barədə Türkiyənin Ətraf Mühit və Şəhərsalma naziri Murad Qurum məlumat verib.

Nazir ölkədə Türkiyənin memarlıq planına uyğun olmayan 21 min qanunsuz tikilinin aşkar edildiyini də bildirib. Qeyd edilib ki, bu tikililərin 8 mini sahilyanı bölgələrdə inşa edilib. Bunların təxminən 850-si bu gündən etibarən söküləcək.

M.Kurum eyni zamanda təbii fəlakət baş verdiyi təqdirdə ölkədə 10 min toplanma yerlərinin olduğunu və onların təxminən 92 faizinin yeniləndiyini bildirib.(Axar.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru