Qarabağa səfər edən Türkiyəli jurnalist həbs oluna bilər

1-10-2019, 10:12           
Qarabağa səfər edən Türkiyəli jurnalist həbs oluna bilər
Bir televiziya proqramında “qatil dövlət” ittihamı ilə diqqət çəkən Türkiyəli teleaparıcı Nagehan Alçı barəsində cinayət işi açıla bilər.

“Yeni Sabah” Türkiyə mediasına istinadən xəbər verir ki, məşhur aparıcının televiziya proqramında səsləndirdiyi fikirlər ertiraza səbəb olub.

Nagehan Alçı canlı yayımda Türkiyəni “qatil dövlət” adlandırıb.

Etiraz yaradan bu çıxışdan sonra Nagehan Alçı haqqında Sərdar Aydın adlı bir Türkiyə vətəndaşı prokurorluğa gedərək, onun barəsində cinayət işinin açılmasını istəyib. Vətəndaşın tələbindən sonra məsələnin araşdırılacağı bildirilib.

Xatırladaq ki, Nagehan Alçı ötən illərdə Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfər edərək diqqət çəkmişdi.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.