Türkiyədə elektron siqaretlərin satışı qadağan ediləcək

2-10-2019, 07:38           
Türkiyədə elektron siqaretlərin satışı qadağan ediləcək
Türkiyə hökuməti elektron siqaretlərin satışını qadağan etmək niyyətindədir.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə ölkənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib.

"Elektron siqaretlərin satışı və idxalı qadağan ediləcək. Biz müvafiq qanunvericilik üzərində işləyirik" - nazirlik rəhbəri qeyd edib.

Nazir əlavə edib ki, məsələ ölkə parlamentinin müzakirəsinə çıxarılacaq.

Qeyd edək ki, son günlər dünyanın bir sıra ölkələrində elektron siqaretlərdən ölüm halları artmaqdadır. Təkcə ABŞ-da 15 nəfər elektron siqaretlərin qurbanı olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru