Prezident naziri vəzifəsindən qovdu, rütbəsi söküldü

2-10-2019, 08:03           
Prezident naziri vəzifəsindən qovdu, rütbəsi söküldü
Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Daxili İşlər nazirini vəzifədən azad edib.
“Yeni Sabah” xəbər verir ki, general-leytenant İsgəndər Mulikovun rütbəsi mayora qədər endirilib, bütün dövlət mükafatları ləğv edilib.

Prezident hökumətin və Milli Təhlükəsizlik Şurasının birgə iclasında belə qərar qəbul edib. Berdiməhəmmədov bu qərarını nazirin işində ciddi nöqsanların olması, vəzifə səlahiyyətlərindən sui-istifadə, kobud qanun pozuntuları ilə əlaqələndirib.

Berdiməhəmmədov Məmmədxan Çakıyevi yeni Daxili İşlər naziri təyin edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru